Xəbər lenti

Bakıda çağırışa gedən polis əməkdaşı vuruldu
Ölkə08:03 13.03.2013

Bakıda çağırışa gedən polis əməkdaşı vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Suraxanı rayonu ərazisində keçmiş məhkum polisi yaralayıb. 

Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Arif Məhərrəmov nalayiq söyüşlər söyərək Əziz Əzizovu təhqir edib. Bu zaman çağırışa gələn polis əməkdaşı Hafiz Səfərova da xəsarət yetirib. A.Məhərrəmov polis tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə cinayət işi başlanıb.

Onu da əlavə edək ki, A.Məhərrəmov əvvəllər bir neçə dəfə məhkum olunub. O, yaşadığı ərazidə ipə-sapa yatmayan adam kimi ad çıxarıb.

Qaynar.info