Xəbər lenti

Bakıda cavan oğlan 60 yaşlı qadını qaçırdı
Ölkə10:15 26.04.2014

Bakıda cavan oğlan 60 yaşlı qadını qaçırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda adı açıqlanmayan gənc oğlan 60 yaşlı qadını evlənmək məqsədilə qaçırıb.

Qaynar.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini polisə müraciət edərək 60 yaşlı bacısının evlənmək məqsədilə qaçırıldığını deyib.

Aparılan araşdırmalar zamanı fakt təsdiqlənib. Qadını qaçıran gənc oğlan bu addımı yaşlı insana olan sevgi hissi ilə əsaslandırıb və qaçırdığı qadınla evlənmək istədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info