Xəbər lenti

Bakıda çoxmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi
Ölkə14:53 13.03.2019

Bakıda çoxmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda çoxmərtəbəli binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində ümumi sahəsi 156 m² olan mənzilin yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan 2 ədəd kondisioner əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın zamanı 2 nəfər bina sakini xilasedicilər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​