Xəbər lenti

Bakıda daha 50 metrostansiya tikiləcək
Ölkə06:31 02.04.2013

Bakıda daha 50 metrostansiya tikiləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Metropoliteni 2030-cu ilədək 50 yeni stansiya tikəcək.

Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun "Respublika" qəzetində dərc edilən məqaləsində deyilir.

Məqalədə deyilir ki, hazırda 8 stansiya və 2 deponun tikintisi üzrə işlər aparılır.
"Gələn il "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyaları istismara veriləcək", - Əhmədov qeyd edib.

Onun sözlərinə görə, 2016-cı ildə "Həzi Asalanov" stansiyasından "Yeni Günəşli" qəsəbəsinədək tunelin tikintisinin başa çatdırılması planlaşdırılır.

Trend