Xəbər lenti

Bakıda daha bir mərkəzi küçə bağlanır
Ölkə12:50 27.05.2014

Bakıda daha bir mərkəzi küçə bağlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

26 may saat 23:00-dan etibarən Bakının Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissə artıq bağlanıb. 

Hazırda ərazidə kommunikasiya xətlərinin qazılmış xəndəklərində kipləşdirmə işləri aparılır.

Qaynar.info-nun Oxu.Az-a istianadən verdiyi məlumata görə “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, təmir işləri 10 gün davam edəcək.

Sürücülərə alternativ olaraq Hənifə Ələsgərov və Nəsib bəy Yusifbəyli küçələrindən istifadə etmələri tövsiyə olunur.

Qaynar.info