Xəbər lenti

Bakıda daha bir polis maşını qəzaya düşdü
Ölkə07:06 29.04.2015

Bakıda daha bir polis maşını qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtda yol qəzası baş verib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayon ərazisində qeydə alınıb. Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı (PPX), polis serjantı Vüqar Vaqif oğlu Nuriyevin idarə etdiyi “Fiat” markalı xidməti avtomobillə, Tural Ədalət oğlu İlyasovun idarə etdiyi “Zaporojes” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət olan olmayıb.
Xatırladaq ki, son vaxtlar polis maşınlarının iştirakı ilə baş verən yol qəzalarının sayı artıb.
Qaynar.info