Xəbər lenti

Bakıda daha bir sürüşmə, evlər uçdu
Ölkə19:00 06.03.2018

Bakıda daha bir sürüşmə, evlər uçdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qeyd edək ki, ərazidə uzun müddətdir ki, sürüşmə aktiv fazadadır
Hökməlidə Nübar qəsəbəsində sürüşmə aktivləşib. Belə ki, artıq ərazidə iri həcmli çatlar əmələ gəlməyə başlayıb. Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, çat düşmüş evlər artıq uçub.
Qeyd edək ki, ərazidə uzun müddətdir ki, sürüşmə aktiv fazadadır. Mütəxəssislər bunu yamacın kəsilib, yeni tikililərin salınması ilə izah edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov qeyd edib ki, son zamanlar Zığda, Masazır və Nübar qəsəbələrində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunur.