Xəbər lenti

Bakıda dəhşətli yanğın - FOTO/VİDEO
Ölkə13:43 26.06.2015

Bakıda dəhşətli yanğın - FOTO/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 26-da paytaxtın Xətai rayonu Gəncə prospekti kənarında yanğın baş verib. "Azadlıq" radiosu"nun məlumatına görə, yanğın mədrəsənin və yeni tikilən binaların yaxınlığındakı boş sahədə başlayıb.
Şahidlərin dediyinə görə, bura otluq ərazi olduğundan alov qısa zamanda yayılmağa başlayıb. Yanğınsöndürənlərin müdaxiləsindən sonra alov qismən söndürülüb. Amma bəzi hissələrdə alov yenidən baş qaldırır.
Polis hadisə yerini nəzarətə alıb, hadisə yerinə yaxınlaşan ətraf binaların sakinləri oradan uzaqlaşdırılıb. Rayon icra hakimiyyətinin rəhbərliyi də hadisə yerinə gəlib.
Xətai Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına onlarda bu barədə hər hansı məlumatın olmadığını deyiblər. "Mən növbəni indi qəbul etmişəm. Gəncə prospektində nə baş verdiyi haqda məlumatım yoxdur" - deyə Xətai RİH mərkəzi aparatından telefon zəngimizə cavab verən şəxs bildirib.
Qaynar.info