
Bu gün səhər saatlarından Bakıda "Azər Türk Bank” ASC-nin qarşısında müştəri sıxlığı yaşanır.
Qaynarinfo.Az-ın verdiyi məlumata görə, sıxlığa səbəb müştərilərin dollar almaq istəyidir. Bankın qarşısında uzun növbə yaranıb. Müştərilərin sözlərinə görə, dollar alışı həddindən artıq çətinləşib. Bəziləri isə dollar alacağına ümid etmirdi. Bank bu günki dollar satışını 1.7056 ilə həyata keçirir.
Qeyd edək ki, bankların dollar satışını dayandırması və üçüncü devalvasiya qorxusu dollara olan tələbatı kəskin artırıb. Buna görə də bankların qarşısında dollar alışı üçün izdiham yaşanır.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az


