Xəbər lenti

Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı
Ölkə11:12 17.02.2018

Bakıda “DTX-nın idarə rəisi” saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı dələduzluq edən şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan vətəndaşı Alıyev Eldəniz Kamil oğlu özünü DTX-nın Bakı rayon idarələrindən birinin rəisi kimi təqdim edərək, fırıldaq yolu ilə vətəndaşların pulunu mənimsəyib.
Eldəniz Alıyev operativ əməliyyat zamanı saxlanılıb. O, Dövlət Təhlükəsizliyi Xidmətində qaldırılmış iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.
Hazırda E.Alıyevin qeyri-qanuni fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.