Xəbər lenti

Bakıda əməliyyatdan sonrakı uşaq ölümü ilə bağlı cinayət işi açıldı
Ölkə14:16 04.04.2015

Bakıda əməliyyatdan sonrakı uşaq ölümü ilə bağlı cinayət işi açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxtda 6 yaşlı uşağın ölümü ilə bağlı cinayət işi başlanıb. Bunu APA-ya Baş Prokurorluğun mətbuat xidmətinin rəhbər Eldar Sultanov bildirib. 
Onun sözlərinə görə, həmin faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Qeyd edək ki, hadisə "Loğman" klinikasında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Murad Qurbanzadə rayon ərazisində yerləşən “Loğman” klinikasında burun-boğaz əməliyyatı olunub. Uşaq əməliyyatdan bir həftə sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qaynar.info