Xəbər lenti

Bakıda ər-arvad aclıqdan huşlarını itirdilər - Bu da oldu!!!
Ölkə18:22 24.10.2013

Bakıda ər-arvad aclıqdan huşlarını itirdilər - Bu da oldu!!!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
FHN tərəfindən huşsuz vəziyyətdə aşkarlanan 76 yaşlı cütlük Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriliblər

Bakıda evdə köməksiz qalan yaşlı cütlük xilas edilib. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü 2 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaşlar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

"Qafqazinfo"nun məlumatına görə, kimsəsiz yaşayan qoca ər-arvad acından huşlarını itirblər.

Qaynar.info