Xəbər lenti

Bakıda evdən 40 min manatlıq oğurluq edildi
Ölkə06:52 09.08.2023

Bakıda evdən 40 min manatlıq oğurluq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda evlərin birindəın külli miqdarda pul və qızıl zinət əşyası oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8.500 manat, 11.000 dollar pul və 13.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.