Xəbər lenti

Bakıda evdən xeyli qızıl oğurlandı
Ölkə06:58 03.10.2013

Bakıda evdən xeyli qızıl oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Yasamal rayonu ərazisində mənzildən xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, rayonun Dadaşov küçəsi ev-68 a, mənzil-22 ünvanında yaşayan Tərlan Muradxanov oktyabrın 2-də evdə olmadığı müddətdə naməlum şəxslər eyvanın qapısını açar seçmə yolu ilə onun evinə daxil olublar. Mənzildən 3000 manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. 

Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində iş aparılır. 

Qaynar.info