Xəbər lenti

Bakıda faciə: ana və üç övladı öldü
Ölkə15:10 25.01.2019

Bakıda faciə: ana və üç övladı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Suraxanı rayonunda dəm qazı dörd nəfərin həyatına son qoyub.
Qaynarinfo-nun məlumatına görə, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib.
Bildirilir ki, ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə  və Əsgərli Zəhra dəm qazından boğulublar. 
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.