Xəbər lenti

Bakıda “Gelandewagen” aşdı - FOTOLAR
Ölkə10:12 26.09.2013

Bakıda “Gelandewagen” aşdı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə dəqiqə əvvəl Xətayi Rayon Prokurorluğu binası yaxınlığında ağır yol qəzası baş verib.

“Qafqazinfo” Vesti.az-a istinadən xəbər verir ki, nəticədə yüksək sürətlə hərəkət etdiyi ehtimal edilən “Gelandewagen”  avtomobili arxası üstə çevrilib. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü qəzadan xəsarətsiz qurtula bilib.

Hadisə yerinə dərhal yol polisi əməkdaşları gəliblər və avtomobilin nömrəsi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Mercedes Gelandewagen» modelinin orta qiyməti 200 000 dollardır. Avtomobilin kimə məxsus olması isə məlum deyil.

Qaynar.info