XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bakıda güclü külək fəsadlar törətdi (FOTOLAR)
Ölkə12:50 02.12.2019

Bakıda güclü külək fəsadlar törətdi (FOTOLAR)

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.
Qaynarinfo xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:
"Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub”.
Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:
"Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.