Xəbər lenti

Bakıda güclü yanğın: 40 nəfər xilas edildi
Ölkə07:14 05.04.2015

Bakıda güclü yanğın: 40 nəfər xilas edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda yaşayış binasında yanğın hadisəsi qeydə alınıb. 
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən on altı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 80 p.m , axırıncı mərtəbədə ümumi sahəsi 6 kv.m olan elektrik otağında kabellər 3 p.m yanıb, hər mərtəbədə quraşdırılmış elektrik sayğacları və binanın zirzəmisində quraşdırılmış 60 ədəd elektrik sayğacının 32 ədədi yüksək temperaturdan əriyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən yuxarı mərtəbələrdən 40 nəfər bina sakini təxliyə olunub. Yanğından mənzillər mühafizə olunub. Yanğın saat 01:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info