Xəbər lenti

Bakıda həbsxanada qanlı dava: ölən var
Ölkə12:08 24.09.2014

Bakıda həbsxanada qanlı dava: ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı həbsxanasında ölümlə nəticələnən dava baş verib. 

Qaynar.info-nun lent.az-a istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Ədliyyə Nazirliyi, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində qanlı hadisə baş verib.

Həmin həbsxanada cəza çəkən Əmrahov Vüqar Şahismayıl oğlu və qardaşı Anar Əmrahov digər məhbus Elşən Əliyevlə mübahisə ediblər. Mübahsiə daha sonra dava-dalaşa çaverilib və qardaşlar E.Əliyevə kətillə bir neçə zərbə endiriblər.

Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən E.Əliyev 4 gün sonra keçinib.

Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, hadisəni törədən qardaşlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), qətlə yetirilən E.Əliyev isə 234-cü (narkotik vasitələr) maddəsi ilə məhkum edilibmiş.

Qaynar.info