Xəbər lenti

Bakıda həkimlər Xarkovdan gələn hamilə qadınla körpəsini xilas etdi (FOTO)
Ölkə07:21 29.03.2022

Bakıda həkimlər Xarkovdan gələn hamilə qadınla körpəsini xilas etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya-Ukrayna müharibəsindən sonra yaşadığı Xarkov şəhərindən çətinliklərlə 9 günə Azərbaycana gələn və gələn kimi koronavirusa yoluxub vəziyyəti ağırlaşan azərbaycanlı qadının və körpəsinin həyatını Kliniki Tibbi Mərkəzin həkimləri xilas edib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu xəbər verib. 
O bildirib ki, 1985-ci il təvəllüdlü ana mart ayının 17-də KTM-ə yerləşdirilib. 24 saat ərzində ananın və uşağın həyatı üçün yaranmış təhlükə aradan qalxmadığından vaxtından əvvəl doğuşa qərar verilib və qadın təcili əməliyyata götürülüb. Hamilə qadının əməliyyatı riskli olsa da, onu və körpəsini həyata qaytarmaq mümkün olub.
"Hamiləliyinin 38-ci həftəsində ağır dərəcəli preeklamsiya (hamiləlik patalogiyası, arterial təzyiqin yüksəlməsi, proteinuriya və ödəmlərin olması), uşaqlığında çapıq (konservativ miomektomiya əməliyyatından sonrakı vəziyyət) olan hamilə qadında həmçinin döl qişalarının vaxtından əvvəl cırılması da müşahidə edilən qadın və körpənin həyatı xilas edilib.  
Əməliyyatı Mərkəzin mama-ginekoloqu Şölə Səfərova icra edib. 
Qeyd edək ki, doğulan körpə qız olub.
Ailənin bütün xərcləri icbari tibbi sığorta tərəfindən qarşılanıb.