Xəbər lenti

Bakıda hündürmərtəbəli binada yanğın olub (VİDEO)
Ölkə16:27 22.07.2023

Bakıda hündürmərtəbəli binada yanğın olub (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nəsimi rayonu ərazisində hündürmərtəbəli binada yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib.
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən üçotaqlı mənzilin eyvanında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 150 m² olan mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.
Yanğın baş vermiş mənzil, habelə digər mənzillər yanğından mühafizə olunub.