Xəbər lenti

Bakıda içki və tütün bahalaşıb
Ölkə18:30 07.05.2018

Bakıda içki və tütün bahalaşıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar- mart ayları ilə müqayisədə 3,2 faiz artaraq, 4713,0 milyon manat olub.
Bakı Statistika İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq, 2135,8 milyon manat, qeyri-ərzaq məhsullarının həcmi isə 4,3 faiz artaraq, 2577,2 milyon manat təşkil edib
İstehlak məhsullarının 20,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 66,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 10,3 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,1 faiz az istehlak məhsulları satılıb.