Xəbər lenti

Bakıda insanları sevindirən "Qara cümə"dən Reportaj
Ölkə13:57 25.11.2016

Bakıda insanları sevindirən "Qara cümə"dən Reportaj

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər noyabr ayının son cümə günü dünyada “Black Friday” ("Qara Cümə") adı ilə mağazalarda endirimli satışlar təşkil olunur.  Son illər bu ənənə Azərbaycana da yayılıb. Şopinq sevərlər bu günü səbirsizliklə gözləyirlər. Azərbaycanın ən iri ticarət mərkəzlərindən biri olan “Gənclik Mall”-dakı mağazalar  “Black Friday”la əlaqəli 3 gün ərzində-(noyabırın 25, 26, 27-i) xüsusi endirimlər tətbiq ediblər. Ticarət mərkəzi iş vaxtını da saat 22-dən  24-dək uzadıb. 

Qaynarinfo.Az-ın əməkdaşı ilk dəfə paytaxtda belə kütləvi hal alan "Qara Cümə"gününün endirimləri ilə maraqlanıb. İlk baxışdan ticarət mərkəzində xüsusi canlanmanın oldğu nəzərə çarpırdı. Demək olar ki, bütün mağzalar endirimləri ilə müştərilərin gözləyirdi.

Məişət əşyaları satılan mağazadan bildirildi ki, telefon və planşetlərdən başqa bütün mallara 20-60%  endirim tətbiq olunub. Müştərilər də daha çox telefon və komputer aksesuarları alırdı. Müştəri Abbasov Fərrux bildirdi ki əvvəlcə 70 manata təqdim olunan malı indi 55 manata ala bilib.

Mərkəzdə olduğumuz müddətdə alıcı sıxlığı geyim dükanlarında daha çox özünü biruzə verirdi. Mağazalarda müştərilərin rahatlığı üçün öncədən hazırlaşdıqları diqqət çəkirdi. Beləki endirim tətbiq olunan malları satıcıdan xəbər almadan asanlıqla təyin etmək olurdu. Mağazalar qırmızı və qara tablolara bölünüb. Qırmızı tabloda olan bütün mallara endirim tətbiq olunub. Digər qiymət tablosu olan mallar isə əvvəlki qiymətində qalıb.

Alıcı Hüseynova Sürəya xanım bildirib ki, qiymətlərdən çox razıdır:"Bu bizim üçün yaranmış bir şansdır. Əvvəl gəlsəydim əlimdəki məbləğə bu qədər mal ala bilməzdim. Amma xüsusi endirimlər tətbiq olunub deyə istədiyimiz ala bildik".

Mağaza sahibləri də "Qara Cümə" endirimlərinin alıcılıq qabiliyyətini yaxşılaşdırdığını deyib. 

"Panço" mağazasını meneceri Samir Bayramov qeyd edir ki, mağazadakı bütün mallara endirim tətbiq olunub: 

"Uşaq və böyük geyimlərinin hamsına 20-50 % endirim tətbiq olunub. Ümumiyyətlə, aksiyadan məlumatı olan hər kəs gəlir. Belə endirimlər insanları cəlb edir. Alıcılıq qabilliyəti xeyli artıb. Çalışacağıq ki, üç gün ərzində müştəriləri xoş yola salaq". 

Xatırladaq ki, "Qara Cümə" ilk dəfə olaraq ABŞ-da ötən əsrin 60-cı illərində yaranıb. Həmin vaxt əsas küçələr Milad bayramı alış-verişi edənlərlə və onların avtomobilləri ilə dolu olduğundan, sürücülər həmin günü məhz belə adlandırmışdılar.

"Qara cümə" Milad bayramına qədər mağazalarda endirim mövsümünün başlandığı gündür və Amerika sakinləri bu günü səbirsizliklə gözləyirlər. Bu günlər mallar adətən 80% qədər endirimlə satılır. 

Qafqaz Rafiqoğlu

Qaynarinfo.Az