Xəbər lenti

Bakıda insident: Vətəndaş polisi vurdu
Ölkə10:13 29.10.2021

Bakıda insident: Vətəndaş polisi vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün axşam saatlarında Bakı Dəmiryol Vağzalında vətəndaşla polis əməkdaşı arasında mübahisə baş verib.
Qaynarinfo-nun oxu.az-a istinadən məlumatına görə, mübahisə qısa zamanda əlbəyaxa dava ilə nəticələnib. Dava ətrafdakı polis əməkdaşları tərəfindən sakitləşdirilib. Hadisə zamanı vətəndaş polisə yumruq zərbəsi endirib.
Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, vətəndaş ictimai asayişi pozduğu üçün polis ona yaxınlaşıb:
"Bu zaman vətəndaş müqavimət göstərib. O, saxlanılaraq Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə aparılıb. Vətəndaş barəsində toplanan materiallar məhkəməyə göndəriləcək”.