Bakıda IV Milli Kitab Sərgisi öz işinə başlayır.
Qaynarinfo xəbər verir ki, "Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib ki, sərgi sentyabrın 27-də başlayıb oktyabrın 1-də yekunlaşacaq:
"Sərgidə minlərlə kitabsevərimiz olacaq. Onların arasında məktəblər, universitetlər, bütün təhsil ocaqları, dövlət təşkilatları və s. olacaq. Milli Kitab Sərgisinin əsas iştirakçıları müstəqil nəşriyyatlar, kitabçılar, əl işləri sənətkarları, fiziki məhdudiyyətli insanlardır”.
Ş.Xuduoğlu sərgiyə gələnlərə kitabla yanaşı, məktəbə aid olan ləvazimatları, əl sənət nümunələrini də ucuz qiymətə əldə edəcəklərini vəd edib:
"Yazıçılarla imza saatları, poeziya axşamları, kitab və sənət ətrafında müzakirələr sərgiyə xüsusi rəng qatacaq. Milli Kitab Sərgisinin əsas məqsədi ölkəmizdə kitaba diqqət cəlb etmək, müstəqil nəşriyyat və kitabçılara, milli kitaba dəstək verməkdir”.
Bahar Rüstəmli