Xəbər lenti

Bakıda kütləvi dava: XƏSARƏT ALAN VAR
Ölkə06:30 31.05.2014

Bakıda kütləvi dava: XƏSARƏT ALAN VAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kafedə yeyib-içmə 3 nəfərin xəstəxanaya düşməsi ilə nəticələnib

Bakıda gənclər arasında kütləvi dava olub. 

Qaynar.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-21 ünvanında yerləşən “Yaşıl Ada” kafesində qeydə alınıb.

Kafedə yeyib-içən bir qrup gənc arasında düşən davada 3 nəfər - 22 yaşlı Mərhəmət Məhəmməd oğlu Quliyev, 18 yaşlı Elnur Adil oğlu Məmmədov və 19 yaşlı Binnət Tofiq oğlu Əhmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Dava iştirakçılarından bir nəfər - 19 yaşlı Tərlan Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qaynar.info