Xəbər lenti

Bakıda ölülər üçün yer yoxdur
Ölkə12:48 18.11.2013

Bakıda ölülər üçün yer yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxt qəbiristanlıqlarında dəfn üçün demək olar ki, yer yoxdur.

Qaynar.info
Modern.az-a istinadən xəbər verir ki, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov paytaxt ərazisindəki qəbiristanlıqlarda yerlərin dolduğunu və buna görə də yeni qəbiristanlıq yerlərinin açılacağını deyir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli də Bakıda yeni məzarlıqların salınmasının vacib olduğunu söyləyib.

“Yeni qəbiristanlıqlar həm dünyəvi, həm də İslam dinin tələblərinə uyğun salınmalıdır. Çünki bu gün məzarlıqlarda xaos hökm sürür. Kim harada gəldi, necə gəldi qəbir qazır. Sistem yoxdur, işıqlanma sistemi səliqəli deyil. Bu məsələlər ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, ya da bələdiyyələrdə əlaqələndirilməlidir”.

Qaynar.info