Xəbər lenti

Bakıda mağazada yanğın: 25 nəfər təxliyə edildi
Ölkə07:14 11.03.2018

Bakıda mağazada yanğın: 25 nəfər təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan mağazanın ümumi sahəsi 10 m2 olan köməkçi otağının yanar konstruksiyaları yanıb.
Qaynarinfo Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Mağazanın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.