Xəbər lenti

Bakıda magistral su xətti partladı -  Avtobusların istiqaməti dəyişdirildi
Ölkə05:04 26.10.2022

Bakıda magistral su xətti partladı -  Avtobusların istiqaməti dəyişdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yasamal rayonu ərazisində baş verən qəza səbəbindən sərnişin avtobuslarının hərəkət istiqaməti dəyişdirilib.
Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat agentliyindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.
Hazırda qeyd olunan marşrtlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.