
Bakı şəhərində yanğın faktı qeydə alınıb.
Qaynarinfo.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1- ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m2olan 3 otaqlı mənzildə 1 ədəd divan yanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynarinfo.Az