Xəbər lenti

Bakıda məşhur cərrah dəm qazından öldü
Ölkə10:33 20.03.2017

Bakıda məşhur cərrah dəm qazından öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rasim Həbibov yaşadığı evdə zəhərlənib.

Bakıda tanınmış həkim dəm qazının qurbanı olub. Paytaxtın məşhur klinikalarından birində çalışan tanınmış cərrah-proktoloq Rasim Həbibov dəm qazından zəhərlənib. 

Mərhumun çalışdığı xəstəxanadan İstiPress-ə verilən məlumata görə, hadisə ötən gün baş verib. 38 yaşlı Rasim Həbibov yaşadığı evdə zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Qaynar"ın 1news.az-a istinadla verdiyi məlumata görə, tanınmış cərrah-proktoloqun 3 övladı (oğlan və iki qız) olub.

Qaynar.Az