Xəbər lenti

Bakıda metro işçisi arvadının başını kəsdi
Ölkə14:25 26.01.2015

Bakıda metro işçisi arvadının başını kəsdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dəhşətli qətl Nərimanov rayonunda törədilib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Aşiq Qərib küçəsi 69 A ünvanında yerləşən binanın qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlham Elləz oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Nəriman qızı Süleymanovanın başını kəsərək qətlə yetirib.

Hadisəni törədən İ. Süleymanov Nərimanov Rayon Polis İdarəsinə gələrək təslim olub.

Polisdən qətl hadisəsi törədən şəxsin Bakı Metropolitenində elektrik-mexanik işlədiyi bildirilib.

Qaynar.info