Xəbər lenti

Bakıda metro istifadəçilərinə şad xəbər
Ölkə16:38 18.03.2019

Bakıda metro istifadəçilərinə şad xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrolarında havalandırma sistemini yaxşılaşdırmaq üçün yeni ventilyatorlar gətirilib.
Bunu "Ölkə.Az”a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, Bakı metroplitenində  havalandırma sisteminin daha da yaxşılaşdırılması məqsədi ilə, metropolitenə hazırda iki ədəd ventilyaytor alınaraq gətirilib, daha 5 ədəd ventilyator yaxın aylarda gətiriləcək.
"Bu ventilyatorların mövcud ventilyatorlardan fərqi daha güclü olmasıdır. Bu ventilyatorlar quraşdırıldıqdan sonra metronun havalandırılmasında yaxşılığa doğru ciddi  dəyişikliklər olacaq”,- deyə, B. Məmmədov bildirib.
Ventilyatorların nə zaman quraşdıırlacağına gəldikdə B.Məmmədov bildirib ki, 7 ventilyator eyni zamandan dəyişdiriləcək. 
"Çünki hazırda 7 ventilyatorun əsaslı təmirinə ehtiyac  var və onlar eyni zamanda quraşdırılacaq. Bu da metroda havalandırmaya əsaslı şəkildə təsir edəcək”,- B.Məmmədov vurğulayıb.
O, bildirib ki, bu proses davam edəcək və metroların havalandırma sisteminin yaxılaşdıırlması istiqamətində il boyunca işlər davam edəcək: "Havalar qızanadək bu istiqamətdə ciddi adımlar atılacaq”.