Xəbər lenti

Bakıda minlərlə kitaba endirim aksiyası - DİQQƏT
Sənət07:15 09.05.2014

Bakıda minlərlə kitaba endirim aksiyası - DİQQƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zero Kitab Evi 10 may (şənbə günü) saat 15:00-17:00 arası endirimli təqdimat aksiyası keçirir.

Qaynar.info-nun verdiyi xəbərə görə, təqdimat günü Fyodor Dostoyevskinin Bakıda yeni nəşr olunmuş "Əbədi Ər" romanını alan hər kəs mağazadakı digər minlərlə kitaba 20 faiz endirim əldə etmiş olur. Kampaniya yalnız həmin gün keçərlidir.

Əsərləri hər zaman maraqla oxunan Dostoyevskinin "Əbədi ər" romanında qəzəb və nifrətin sevgini necə məhv etdiyi göstərilir. Ancaq bütün bunar o demək deyil ki, nifrət güclü, sevgi isə zəifdir.

Bu romanı oxusanız, ərləri vasitəsi ilə oynaş tapan qadınların iç üzünü görəcək, pis əməllərin və günahın son nəfəsədək insanın yaxasını buraxmamağının, yaddaşın əzab verməsinin, dost xəyanətinin mahiyyətini anlayacaqsınız.

Ünvan: İstiqlaliyyət 71, Zero Kitab Evi (Sabir Bağı ilə üzbəüz)

Qaynar.info