Xəbər lenti

Bakıda mollalar yas mərasiminə görə dava saldı
Ölkə08:55 15.08.2015

Bakıda mollalar yas mərasiminə görə dava saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində mollalar arasında əlbəyaxa dava düşüb. Qaynar.info baku.ws-a istinadən xəbər verir ki, hadisə qəsəbədəki "20 Yanvar” parkında baş verib. Parkda iki yaşlı kişi dincələn zaman onlara digər bir yaşlı adam da qoşulub. Söhbət zamanı məlum olub ki, kişilərdən ikisi molladır.
Onların sözü isə Biləcəri qəsəbəsində düşmüş yası aparmaq üstündə çəpləşib. Ətrafdakı insanlar yaşlı kişiləri çətinliklə ayırıblar. Bir qədər sakitləşəndən sonra isə yaşlı mollalar yenidən əlbəyaxa olublar. Ətrafda olan insanlar mollaları müxtəlif istiqamətlərə apararaq vəziyyəti sabitləşdiriblər. 
Qaynar.info