Xəbər lenti

Bakıda parkda dekorativ daş uşağın üzərinə aşdı
Ölkə19:17 09.06.2021

Bakıda parkda dekorativ daş uşağın üzərinə aşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nəsimi rayonu ərazisində yerləşən Qızılgül Parkında xoşagəlməz hadisə baş verib.
"Report” xəbər verir ki, parkdakı hovuzun üzərində qoyulmuş, dairəvi formalı ağır dekorativ daşlardan biri təxminən 6-7 yaşlı uşağın üzərinə aşıb.
Nəticədə onun ayaqları əzilib.
Uşaq parka çağırılmış polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.