Xəbər lenti

Bakıda peşəkar oğru ələ keçdi – Eyni cinayəti 44 dəfə törədib
Ölkə09:20 03.12.2016

Bakıda peşəkar oğru ələ keçdi – Eyni cinayəti 44 dəfə törədib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda oğurluqla məşğul olan şəxs ələ keçib.

Qaynarinfo.Az DİN-ə istinadən xəbəbr verir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da Bakı şəhər sakini Rasim Vəliyevə məxsus mağazadan 24 ədəd mobil telefon, 2 ədəd noutbuk və yaddaş kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahin Hacıyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 31-dən noyabrın 22-dək olan müddətdə daha 3 mağazadan və 6 evdən pul, ərzaq məhsulları, tütün məmulatı, təmir-tikinti alətləri, 20 ədəd mobil telefon və aksessuarlarını oğurlaması da müəyyən edilib.
 
Araşdırmalar davam etdirilir.

Qaynarinfo.Az