Xəbər lenti

Bakıda pulsuz çörək paylanır - VİDEO
Ölkə07:25 19.09.2014

Bakıda pulsuz çörək paylanır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda imkansızlar üçün pulsuz çörək paylanılır. “Pulsuz çörək verilir” yazısı olan elan paytaxtın böyük marketlərindən birinin vitrininə yapışdırılıb. 

Mağazanın administratoru ANS-ə açıqlamasında bu aksiyanın uzun müddətdir davam etdiyini deyib. Lakin bəzi şəxslər aksiyadan sui istifadə edirlər. Belə ki, iki çörək götürməli olduqları halda bəzən daha çox çörək götürürlər.

“Biz tez-tez pulsuz çörək paylayırıq. Demək olar ki, gün ərzində yüzə yaxın çörək verilir. Artıq 3 ildi ki, bu aksiya yerinə yetirilir".

Qeyd edək ki, oxşar təşəbbüslə çıxış edən insanlar ölkəmizin müxtəlif yerlərində də var.

Qaynar.info