Nizami rayonu, Bakı Baş Tikinti İdarəsinin köhnə binasında yaşayan sakinlər fövqəladə vəziyyət siqnalı verirlər. Musavat.com-un kamerası önünə çıxan vətəndaşlar binanın qəzalı vəziyyətdə olmasından şikayət edirlər.
Sakinlər deyir ki, bu günə qədər binadan neçə nəfər yıxılaraq ölüb. Tezliklə tədbir görülməzsə, bu aqibət onlar üçün də qaçılmaz olacaq. Yarıtikili binanın damı örtülmədiyindən qışda yağan qar - yağış evlərə dolur. Kommunal imkanlar isə yox dərəcəsindədir. Binaya qaz və kanalizasiya xətti çəkilməyib. Çəkiliş zamanı da sakinlərin dediklərinin şahidi olduq.