Bakıda mənzildə qadın meyiti tapılıb. Qaynar.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açıb. Mənzilə baxış keçirilərkən 1931-ci il təvəllüdlü Lapuri Oliqa Konstantinovna hərəkətsiz vəziyyətdə aşkarlanıb.
Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində O. Lapurinin vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
Qaynar.info