Xəbər lenti

Bakıda qadın qəbiristanlıqda qətlə yetirildi
Ölkə07:25 06.09.2013

Bakıda qadın qəbiristanlıqda qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qəbiristanlıqda qadın meyiti tapılıb.

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən qəbiristanlıqda meyiti aşkarlanan 25-30 yaşlarında qadının üzərində zorakılıq əlamətləri olub.

Hadisə yerinə rayon prokurorluğunun və rayon Polis İdarəsinin əməkdaşları çıxıb.

Meyit müayinə olunmaq üçün ekspertizaya göndərilib. Qətlə yetirilən qadının şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info