Xəbər lenti

Bakıda qadınlar biabırçı şəkildə kameraya düşdülər
Ölkə07:40 20.04.2015

Bakıda qadınlar biabırçı şəkildə kameraya düşdülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Xəzər rayonunda mağazalarda oğurluq edən qadınlar tutulublar. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qadınları müşahidə kameraları vasitəsilə tutublar.
Belə ki, aprelin 16-da saat 11 radələrində, Şağan qəsəbə sakinləri 1963-cü il təvəllüdlü Janna Nikolayevna Məmmədova və 1969-cu il təvəllüdlü Məhəbbət Mirzə qızı Məmmədova Rauf Qasımova məxsus qeyd olunan qəsəbədə yerləşən mağazadan ərzaq məhsulları oğurlayan zaman kamera görüntüsünə düşüblər.
Onlar aprelin 17-də onlar təkrar mağazadan oğurluq edərkən tutulublar.
Onları Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları saxlayıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info