Xəbər lenti

Bakıda qeyri-adi sərgi keçiriləcək - İLK DƏFƏ
Sənət10:04 21.04.2015

Bakıda qeyri-adi sərgi keçiriləcək - İLK DƏFƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 25-də Bakıda "1969" qalereyasında ilk dəfə olaraq öz orijinallığı ilə seçiləcək "Zivə” fotosərgisi  keçiriləcək. 
Qaynar.info-nun məlumatına görə, tədbirin təşkilatçısı entuziast gənclərdən ibarət olan "VitArt" qrupudur. 
"Zivə" - şəkil mübadiləsi və dünyada insanları birləşdirən foto hərəkət üçün məşhur layihədir. 
Yeni formatın mahiyyəti ondadır ki, istənilən şəxs öz foto-rəsmlərini adi lentlərə köçürə, yaxud başqa müəlliflərin fotolarını öz yaddaşlarına sala bilərlər. Bu format tamamilə qeyri-adidir. Bu hər bir həvəskara öz qabiliyyətini üzə çıxarmağa imkan verir.
"VitArt" qrupu gənc fotoqraflar- Mirbağırlı Ülkər, Qasımzadə Fərəh, Zülfüqarov Rasim, Şərifzadə Dilarə, Məmmədli Maya, Əliyeva Nazilənin yaratdığı birlikdir. Birliyin "Şəhər və insanlar” adlı ilk sərgisi 2013-ciilin mayında keçirilib.

Qeyd edək ki, fotoqraf Ülkər Mirbağırlı tanınmış bəstəkar Aygün Səmədzadənin qızıdır.
Qaynar.info