Xəbər lenti

Bakıda qəza törədən maşın alışıb yandı
Ölkə05:18 23.12.2013

Bakıda qəza törədən maşın alışıb yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisədən dərhal sonra maşında olan 3 nəfər gənc oğlan qaçaraq ərazidən uzaqlaşıblar

Bakının Binəqədi rayonunda qəza törədən minik maşını yanıb. Azadlıq prospekti ilə şəhər istiqamətində hərəkətdə olan “Bmw” markalı nəqliyyat vasitəsi idarətetməni itirərək əvvəlcə yolun kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobil yüksək sürətlə hərəkət etdiyindən sonradan o reklam lövhəsinə, sonda isə ağaca dəyib. Yanacaq çəninə qığılcım düşən avtomobil yanmağa başlayıb.

Şahidlərin bildirdiyinə görə hadisədən dərhal sonra maşında olan 3 nəfər gənc oğlan qaçaraq ərazidən uzaqlaşıblar. Alovu söndürmək üçün həmin ünvana Binəqədi rayon yanğından mühavizə xidmətinin iki yanğınsöndürmə briqadası cəlb olunub və 15 dəqiqəlik əməliyyatdan sonra alovun qarşısı alınıb.

Hazırda 90 MN 072 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün kimliyi və nəqliyyat vasitəsinin alışma səbəbləri araşdırılır.

Təyin olunun avtotexniki ekspertiza həm də qəzanın hansı şəraitdə baş verdiyinə aydınlıq gətirəcək.// anspress.com

Qaynar.info