Xəbər lenti

Bakıda "28 Mall"da bomba həyəcanı — İnsanlar təxliyə edildi
Ölkə15:15 04.04.2016

Bakıda "28 Mall"da bomba həyəcanı — İnsanlar təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda iri ticarət mərkəzlərindən birinə bomba qoyulması barədə məlumat yayılıb.

 

Qaynar.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nəsimi rayonunun ərazisində fəaliyyət göstərən "28 Mall" Ticarət Mərkəzinə bir nəfər zəng vuraraq obyektə dostu tərəfindən bomba qoyulması barədə məlumat verilib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, insanlar ticarət mərkəzindən təxliyə edilib.

Hazırda ticarət mərkəzində axtarışlar aparılır.

Qaynar.info