"İstənilən ölkədə mənzilin qiyməti bir sıra faktorlardan asılıdır. Birinci və ən vacib olanı mənzilin dislokasiyasıdır. Ev mərkəzə nə qədər yaxındırsa, qiymət də bir o qədər bahadır. Əgər ev mərkəzdədirsə, bu zaman metroya, nəqliyyat infrastrukturuna yaxınlıq rol oynayır. İkinci faktor mənzilin yerləşdiyi rayonun statusudur. Həmin rayon ola bilsin ki, mərkəzdə olmaz, ancaq elit hesab oluna bilər".
Milli.Az-ın məlumatına görə, bu barədə "Эхо" qəzetinə əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, evin qiymətinə təsir edən dənizə yaxınlıq, eyvandan görünüş və s. kimi faktorlar var.
"Dəniz mənzərəsi olan mənzilin qiyməti elə həmin evdə belə mənzərə olmayan mənzilin qiymətindən ən azı 20 faiz bahadır".