Xəbər lenti

Bakıda rəssamın nişanlı qızı faciəli şəkildə öldü
Ölkə 21:51 07.10.2024

Bakıda rəssamın nişanlı qızı faciəli şəkildə öldü

Bu gün Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib.


Qafqazinfo xəbər verir ki, bu gün saat 17:30-da Əlövsət Quliyev küçəsində 32 yaşlı İlahə Səyyad qızı Bayramova binadan yıxılıb. O, hadisə yerində ölüb.


Onun intihar ehtimalı da araşdırılır. Məlumata görə, İ.Bayramova nişanlı olub, iki ay sonra toyu baş tutacaqmış.


Qeyd edək ki, İlahə Bayramova rəssam Səyyad Bayramovun qızıdır.


Ərazi polis tərəfindən nəzarətə götürülüb.





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->