Xəbər lenti

Bakıda Rostropoviç festivalı ləğv edildi
Sənət16:05 03.03.2016

Bakıda Rostropoviç festivalı ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il Bakıda Beynəlxalq Mstislav Rostropoviç festivalı keçirilməyəcək.

Qaynar.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında festivalın bədii rəhbəri Olqa Rostropoviç bildirib.

“Təəssüf ki, indi hər yerdə tüğyan edən böhranla əlaqədar bu il Bakıda festival keçirilməyəcək. Ümid edirik ki, Mstislav Rostropoviçin yubileyinin təsadüf etdiyi gələn il festivalı yenidən keçirməyə müvəffəq olacağıq”, - o deyib.

Sonuncu, səkkizinci Rostropoviç festivalı Bakıda 2015-ci ilin may ayında keçirilib.

Qaynar.info