Xəbər lenti

Sanatoriyada baş verən yanğın söndürüldü: 55 sakin təxliyə edildi (YENİLƏNİB)
Ölkə11:53 03.04.2018

Sanatoriyada baş verən yanğın söndürüldü: 55 sakin təxliyə edildi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən "Gilavar" sanatoriyasının ərazisində (hazırda fəaliyyət göstərmir) məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli korpusun 1-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otağın və dəhlizin yanar konstruksiyaları, binaya bitişik tikilmiş ümumi sahəsi 18 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və zirzəmiyə yığılmış məişət əşyaları 18 m² sahədə yanıb.
FHN-nin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdəki tüstülənmiş otaqlardan 55 nəfər sakin Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri tərəfindən təxliyə edilib. Bina yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
*** 
Bakının Pirşağı kəndində yerləşən "Gilavar” sanatoriyasında yanğın başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Yenicag.az-a hadisə şahidləri məlumat veriblər.
Məcburi köçkünlərin yaşadığı sanatoriyada yanğın binanın zirzəmisindən başlayıb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.