
Paytaxt Bakıda kafe yanıb. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın hadisəsi sübh tezdən baş verib.
Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan kafenin içərisinə yığılmış əşyalar 20 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 04:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Qaynar.info